azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan və Özbəkistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib

12-09-2025

Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstan və Özbəkistandan olan 16 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.

Səfərin məqsədi Azərbaycanın sağlamlıq turizm imkanlarını nümayiş etdirmək və ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələri gücləndirməkdir.

Səfər zamanı iştirakçılar Lənkəran, Gəncə və Naftalan bölgələrini ziyarət edərək, sağlamlıq turizm imkanları barədə məlumatlandırılıblar.

Tanışlıq səfəri çərçivəsində yeni biznes tərəfdaşlıqları qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 50-yə yaxın yerli turizm sənayesi nümayəndəsinin Qazaxıstan və Özbəkistan turizm şirkətləri ilə B2B görüşü keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930