azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su təchizatında fasilə yaranacaq

12-09-2025

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su təchizatında fasilə yaranacaq

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

Qəza şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930