azturkxeber.az
http://azturkxeber.az

Nar ixracatçıları ilə görüş keçirilib

12-09-2025

Görüşdə nar və nar məhsullarının ixrac potensialının artırılması, yeni bazarlara çıxış imkanları və logistika xərcləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, eləcə də quruma üzv olan sahibkarlarla görüş keçirilib.

Görüş çərçivəsində nar məhsullarının ixrac potensialının artırılması, fitosanitar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ixrac üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi və logistik xərclərin optimallaşdırılması istiqamətində məsələlər müzakirə olunub. Bununla yanaşı, ixracın şaxələndirilməsi və məhsulların yeni bazarlara çıxışı imkanları ilə bağlı təkliflər səsləndirilib, mövcud vəziyyətin təhlili aparılıb və bazar iştirakçılarının praktiki təcrübəsinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.

Görüşün yekununda təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, mövcud çağırışların həlli üçün müvafiq addımların atılacağı vurğulanıb. Həmçinin ixrac potensialının artırılması məqsədilə görüş iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930