İrakli Kobaxidze: Gürcüstanda qarşıqlığa yol verilməyəcək
Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə sərt cavab veriləcək.
Bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.
Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur qazana bilməyəcəyini vurğulayıb. O deyib: "Biz əvvəlki seçkilərdə olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq".