Formula 1: “Kristal Zal”da məşhur musiqiçilərin konsertləri təşkil olunacaq
Sentyabrın 19–21-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisində məşhur musiqiçilərin konsertləri təşkil olunacaq.
Bakı Şəhər Halqasından bildirilib ki, “Kristal Zal”da elektron musiqi ifaçısı Anyma, tanınmış DJ Martin Qarriks və britaniyalı qrup “Glass Animals” çıxış edəcək.
Anyma sentyabrın 19-da, Martin Qarriks və “Glass Animals” isə sentyabrın 20-də tamaşaçıların qarşısına çıxacaqlar.