azturkxeber.az
http://azturkxeber.az

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

12-09-2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək.

Universitetdən bildirilib ki, bu barədə qərar BDU Elmi şurasının 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul olunub.

Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir əmsallı, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930