Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək
Avropa İttifaqı sentyabrın 15-də Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
Fransanın xarici işlər naziri səlahiyyətlərini icra edən Jan-Noel Barro bu barədə France Inter radiosuna verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu paket ABŞ-la, xüsusilə də Donald Trampın Ağ evə qayıdışından sonra ilk dəfə birbaşa koordinasiya şəraitində hazırlanıb. Jan-Noel Barro yeni məhdudiyyətlərin Rusiya üzərində “böyük təzyiq” yaradacağını bildirib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Jill isə öz növbəsində 19-cu sanksiyalar paketinin detalları və dəqiq vaxtı barədə danışmağın hələ tez olduğunu vurğulayıb.
“Biz bu müzakirələrin məzmununu açıqlamaq istəmirik, çünki sanksiyalarla bağlı məsələlərdə məxfiliyin qorunması olduqca vacibdir. Hazırda 19-cu sanksiya paketi üzərində işləyirik. Məqsədimiz ABŞ da daxil olmaqla beynəlxalq tərəfdaşlarla koordinasiyanı davam etdirməkdir”, – deyə Olof Jill əlavə edib.