azturkxeber.az
http://azturkxeber.az

Daha bir qrup müharibə iştirakçısı üçün kiçik bizneslər yaradılıb

11-09-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, avtoçilingər, çatdırılma xidməti və digər xidmətlər üzrə kiçik biznes sahələrini yaradıblar.

Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, cari ilin 8 ayında müharibə iştirakçıları olan 832 nəfər, ümumilikdə isə 10,6 min müharibə iştirakçısı əmlaklarla təmin olunub və onlar üçün kiçik bizneslər yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930