azturkxeber.az
http://azturkxeber.az

Füzuli və Cəbrayılda daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verildi

16-04-2025

İşğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən bu proqram çərçivəsində kiçik təsərrüfat quranların sayı 262-ə çatıb.

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Agentlik Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-ə çatıb.

Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930