azturkxeber.az
http://azturkxeber.az

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı

07-03-2025

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunan sakinlərlə görüşüb. 

Qeyd edilib ki, proqram iştirakçılarının quracaqları kiçik təsərrüfatlar onların sosial rifahının yaxşılaşmasına töhfə verəcək və bölgədə yeni iş yerlərinin açılmasına da imkan yaradacaq. 

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. 

Qeyd edək ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.  

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31