azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Şimalı Aralın bərpası prosesini sürətləndirib

10-09-2025

Qazaxıstan Şimalı Aralın bərpası prosesini sürətləndirib

Şimali Aral dənizində suyun həcminin artırılması istiqamətində işlər davam etdirilir.

2023-cü ildən bu günədək Şimali Aralda suyun həcmi artaraq 24,1 milyard kubmetrə çatıb. Bu müddət ərzində dənizə 5 milyard kubmetr su doldurulub.

Şimali Aral dənizinin həcminin artırılması baxımından su ehtiyatlarının idarə edilməsi sisteminin inkişafı Konsepsiyasının məqsədli göstəricilərinə nail olunması üzrə aparılan işlər qrafiki qabaqlayır.

Konsepsiyaya əsasən, 2025-ci ildə dənizdəki suyun həcminin 20,6 milyard kubmetrə çatdırılması planlaşdırılırdı. İlkin plan 2030-cu ildə Şimali Aral dənizinin həcminin 27 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Cari göstəricilərə 2029-cu ildə nail olunması nəzərdə tutulurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930