azturkxeber.az
http://azturkxeber.az

Nikol Paşinyan: TRIPP layihəsi ilə bağlı obyektiv reallıq və subyektiv qavrayışlar var

10-09-2025

Nikol Paşinyan: TRIPP layihəsi ilə bağlı obyektiv reallıq və subyektiv qavrayışlar var

"TRIPP layihəsi ilə bağlı obyektiv reallıq və subyektiv qavrayışlar var. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə çıxışı zamanı söyləyib.

Paşinyan bildirib ki, o, özü ilə Vaşinqtonda imzalanmış sənədin surətini gətirib. "Sənəddə bildirilir ki, Ermənistan ərazisində TRIPP adlı infrastruktur yaradılacaq. Bütün hekayə ondan ibarətdir ki, bu protokolda ABŞ və Azərbaycan prezidentlərinin imzası var. Sənədin 4-cü bəndində deyilir ki, TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirələrin gündəliyində olan məsələdir. Sual yaranır ki, Azərbaycanın bununla nə əlaqəsi var? Əlaqə belədir: bu regional layihə Azərbaycana da bağlanmalıdır. Ermənistanla Azərbaycan arasında kommunikasiyalar bir-birinə bağlanmalıdır. TRIPP layihəsi Ermənistan ilə ABŞ arasında ikitərəfli müzakirə mövzusudur" - deyə Paşinyan vurğulayıb.

Ermənistan lideri deyib ki, Donald Trampla “Dünyanın kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930