Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat müddəti uzadılıb
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: