azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniyada Altsheymer xəstəliyinin erkən aşkarlanması üçün yeni qan testi hazırlanıb

10-09-2025

Böyük Britaniyada Altsheymer xəstəliyinin erkən aşkarlanması üçün yeni qan testi hazırlanıb

Altsheymer xəstəliyinin erkən aşkarlanması üçün Böyük Britaniyada mindən çox insana yeni qan testi tətbiq ediləcək.

Mütəxəssislər yeni üsulun xəstəliyin diaqnostikasında inqilabi dönüş yaradacağına ümid edirlər. Qan testi xəstələrin beynində yığılan zərərli zülal biomarkerlərini aşkar edə bilir. Bu üsul ənənəvi qələm-kağız yaddaş testləri ilə birlikdə tətbiq ediləcək.

London Universitet Kollecində aparılan tədqiqatın rəhbərləri hesab edirlər ki, yeni test diaqnostikanın dəqiqliyini 90 faizdən yuxarı səviyyəyə qaldıra bilər. Onlar, həmçinin bu üsulun pasiyentlərə və həkimlərə necə fayda verəcəyini izləmək istəyirlər.

Altsheymer xəstəliyi demensiyanın ən çox rast gəlinən formasıdır, beyində amiloid və tau adlı iki zərərli zülalın toplanması ilə əlaqələndirilir. Bu zülallar simptomlar üzə çıxmazdan əvvəl 20 ilə qədər beyində yığıla bilər. Yeni qan testi isə hər iki zülalın mövcudluğunu əks etdirən p-tau217 adlı biomarkeri ölçür. Testin dəyəri təxminən 100 funt sterlinqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930