azturkxeber.az
http://azturkxeber.az

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər - ARAŞDIRMA

05-09-2025

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər -  ARAŞDIRMA

“Neurology” jurnalında dərc olunan yeni araşdırma bəzi süni dadlandırıcıların uzunmüddətli beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

Braziliyanın Sao Paulo Universitetindən alimlərin apardığı tədqiqatda 12 min 772 nəfər böyüklə bağlı məlumatlar təhlil edilib. Orta yaş 52 olan iştirakçılar səkkiz il ərzində izlənilib və onların qidalanma vərdişləri ilə koqnitiv test nəticələri müqayisə olunub.

Nəticələrə görə, ən çox süni dadlandırıcı qəbul edənlərdə yaddaş və düşünmə bacarıqları ən az qəbul edənlərlə müqayisədə 62 faiz daha sürətli zəifləyib. Bu, təxminən 1,6 il daha tez qocalmağa bərabərdir. Orta istehlakçılarda zəifləmə 35 faiz daha çox olub. Əlaqə, xüsusilə, 60 yaşdan aşağı şəxslərdə və diabetli insanlarda daha güclü müşahidə edilib. Aspartam, saxarin, asesülfam-K, eritritol, ksilitol və sorbitol koqnitiv tənəzzüllə əlaqələndirilib. Yalnız taqatoza ilə belə bir əlaqə tapılmayıb.

Tədqiqatçılar bildirirlər ki, süni dadlandırıcılar çox vaxt sağlam alternativ kimi qəbul olunsa da, onların uzunmüddətli təsirləri düşündüyümüz qədər zərərsiz olmaya bilər.

Mütəxəssislər nəticələrin hələ səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayır və bal, ağcaqayın siropu kimi digər alternativlərin araşdırılmasına ehtiyac olduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930