Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımağın böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib
ABŞ Dövlət katibi Marko Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımaq planlarının böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib. O bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.
O, bu addımları saxta və qeyri-real adlandıraraq Fransanın Fələstin dövlətini tanıyacağına dair bəyanatından sonra HƏMAS-ın danışıqlardan uzaqlaşdığını deyib.
“Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”, - deyə Rubio əlavə edib.