azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Dövlət Universiteti İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığı genişləndirir

05-09-2025

Naxçıvan Dövlət Universiteti İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığı genişləndirir

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan İstanbul Universiteti-Cərrahpaşada olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə hər iki universitetin nümayəndə heyətləri iştirak ediblər.

Səfər çərçivəsində iki universitet arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə ikili diplom proqramlarının icrası, tələbə mobilliyi, tələbələrin müxtəlif təcrübə proqramlarına cəlb edilməsi məsələləri diqqətdə saxlanılıb. Eləcə də birgə elmi-tədqiqat layihələrinin hazırlanması və icrası ilə bağlı təkliflər irəli sürülüb.

Görüş zamanı İstanbul Universiteti-Cərrahpaşanın professor-müəllim heyətinin NDU-da tədris və elmi-tədqiqat işlərinə cəlb olunması üçün danışıqlar aparılıb. Qarşılıqlı əməkdaşlıq hər iki universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və tələbələr üçün daha geniş imkanların yaradılmasına hədəflənib.

Qeyd edək ki, elmi-tədqiqat sahəsində fərqlənən, xüsusən Tibb fakültəsinin uğurları ilə dünya miqyasında tanınan İstanbul Universiteti-Cərrahpaşa beynəlxalq elmi əməkdaşlıqlarda aparıcı mövqeyə malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930