"İnklüzivliyin Sirri 3” Opera Studiyasında möhtəşəm konsert proqramı ilə reallaşdı.
Tədbir Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “Azərbaycan Uşaqları” İctimai Birliyi və Qan Donurluğun rəsmi tərəfdaşlığı ilə həyata keçirildi.
Konsert “Inclusıve Organızatıon Company”, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə reallaşaraq paytaxtın mədəni həyatında xüsusi bir hadisəyə çevrildi.
İnclusive Orqanızatıon Company təsisçi və rəhbəri Azərbaycan sosial kooperativ layihələrin təşkilatcısı, inklüzivin sirri layihəsinin idea müəllifi İbrahim Məmmədov vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva illərdir inklüziv və humanitar təşəbbüsləri ilə dünyada örnəkdir. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. İbrahim Məmmədov yeni layihəsini də ilk bizimlə bölüşdü. Oktyabr ayında İtaliyada-Milanda inkluziv fərdlərin əl işlərindən ibarət həm sərgi, həm də konsert proqramı keçiriləcək, burada Azərbaycan və İtaliyadan əlliyi olan şəxslər bir araya gələcəklər.
Əməkdar artist Elza Seyidcahan: “İnklüzivliyin Sirri” layihəsi artıq gözəl bir şəkildə ənənə halını alıb.
Laçında keçirilən tədbirdə uşaqların xalq mahnılarını və mənim əsərlərimi böyük məhəbbətlə ifa etmələrindən çox təsirləndim.Bu tədbirin keçirilməsində xüsusilə İbrahim müəllim, Hacı Quliyev və bütün komanda üzvlərinə təşəkkürümü bildirirəm. Bu işdə bizə güc verən isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv uşaqlara göstərdiyi sevgi və qayğıdır.
Sevilən sənətçi Nərmin Kərimbəyova belə tədbirlərin vacibliyindən danışdı:
İnklüziv tədbirlər mənim üçün önəmlidir. İstəyirəm ki,uşaqlar özlərini cəmiyyətdən uzaqda hiss etməsinlər. Hər bir fəaliyyətləri ilə cəmiyyətin ən aktiv üzlərindən olsunlar.
Bundan əvvəl Laçında keçirələn tədbirdə xüsusi tərtifnamə almağım mənim üçün xüsusi dəyər idi. Gözləmirdim həqiqətən,çox sevindirici hal oldu və bu tərifnamə illər ərzində aldığım ən gözəl mükafatlardan biri idi.
Tədbirin aparıcıları Nigar Eynullayeva və Murad İbrahimoğlu tədbirin əhəmiyyətindən danışıblar.
Nigar Eynullayeva bildirib ki, inklüziv təhsil hər bir uşağa bərabər imkanlar yaradır və bu tədbirin bir parçası olmaqdan qürur duyuram.
Murad İbrahimoğlu isə vurğulayıb ki, proqramda həm peşəkar müğənnilər, həm də istedadlı uşaqlar çıxış edəcək: “Belə tədbirlər uşaqların potensialını üzə çıxarır və çox vacibdir” deyə bildirib.
Sevilən sənətçi Xasay Şıxıyev tədbirdə iştirak edən uşaqların üzündəki təbəssümü görməkdən böyük sevinc duyduğunu bildirdi:
“Uşaqların üzündə o gülüşü görmək məni çox xoşbəxt edir. Onların sevincinə səbəb olmaq mənə çox gözəl hisslər bəxş edir,” – deyə o qeyd etdi.
Müğənni Leyla İdrisova isə tədbirin onun üçün daha da fərqli hisslər yaşatdığını söylədi:
“Mən anayam və öz balalarım da var. Allah bütün övladları qorusun. Bir ana kimi qeyd edirəm ki, uşaqları xoşbəxt görmək bizim ən böyük arzumuzdur. Tədbirdə əməyi keçən hər kəsə təşəkkürlər,” – deyə o vurğuladı.
Gənc xanəndə Ceyran Abbaslı tədbirdə “Gilənar” əsərini ifa etdi. O, tədbirin təşkilatçılarına xüsusi təşəkkürünü bildirdi:
“Təşkilatçılara xüsusi təşəkkür edirəm ki, inklüziv uşaqların təhsilinə və gələcəyinə xususi töhfə verirlər. Onların bilik və bacarıqlarını ön plana çıxarırlar,” deyə bildirdi.