Zakir Həsənov Vyetnamda rəsmi səfərdədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamda rəsmi səfərdədir.
sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnamın Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib.
Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən "Ba Dinh" meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.
Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.