azturkxeber.az
http://azturkxeber.az

Sabirabadda yanğın olub

03-09-2025

Sabirabad rayonunda ot tayası və saxlanc yerinin yanması ilə nəticələnən hadisə baş verib.

Hadisə saat 16 radələrində rayonun Məmişlər kəndində qeydə alınıb. Nəriman Tağıyevə məxsus təsərrüfatda yerləşən ot tayasında və saxlanc yerində başlayan yanğın qısa müddətdə güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ot bağlamaları və saxlanc yeri yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930