azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşları Oğuzda ətraf mühitin mühafizəsi istiqamətində profilaktik tədbir keçirib

03-09-2025

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Həmçinin, profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930