azturkxeber.az
http://azturkxeber.az

Əlilliyi olan şəxslər üçün yoqa və səs terapiyası təşkil olunub

03-09-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Ruhun səyahəti” adlı yoqa və səs terapiyası təşkil olunub.

Tədbirə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə reabilitasiya xidmətinə cəlb edilmiş 30 nəfərdən çox əlilliyi olan şəxs qatılıb.

Yoqa təlimini Qafar Qənizadə və səs terapiyasını isə İlhamə Babayeva həyata keçirib. Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Bu baxımdan yoqa təlimləri alternativ reabilitasiya metodu kimi mərkəzlərdə davamlı olaraq həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930