azturkxeber.az
http://azturkxeber.az

Şəki-Zaqatala bölgəsi təhsil işçilərinin sentyabr konfransı başlanıb

03-09-2025

Sentyabrın 3-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransına start verilib. İki gün davam edəcək konfransın ilk günündə Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, struktur bölmələrin rəhbərləri və əməkdaşları, eləcə də Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər müəssisələrin rəhbərləri iştirak ediblər.

Bu barədə Regional Təhsil İdarəsindən məlumat verilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ötən tədris ilinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edib, bölgədə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıblar.

Təhsil işçilərinin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

‎Görüş panel müşavirələrlə davam edib, iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb.

‎Sentyabrın 4-də ibtidai təhsil səviyyəsi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə qabaqcıl müəllimlərlə də qrup şəklində görüşlərin keçirilməsi nəzərdə tutulur.

‎İdarədən bildirilib ki, bu cür görüşlərin əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda, 2025-2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930