azturkxeber.az
http://azturkxeber.az

İngiltərədə 16 yaşadək olan şəxslərə enerji içkilərinin satışı qadağan ediləcək

03-09-2025

İngiltərədə 16 yaşadək olan şəxslərə enerji içkilərinin satışı qadağan ediləcək

İngiltərə hökuməti 16 yaşadək olan şəxslərə enerji içkilərinin satışını qadağan edən yeni qanun layihəsi hazırlayır.

Qadağa belə içkilərin mağaza, restoran, kafe və digər yerlərdə, eləcə də onlayn satış platformalarında satışına şamil olunacaq.

Rəsmi məlumatlara görə, Birləşmiş Krallıqda uşaqların üçdə biri hər həftə enerji içkilərindən istifadə edirlər. Halbuki, əksər supermarketlər artıq bu içkilərin satışına könüllü qadağa tətbiq edib.

Mütəxəssislər bildirirlər ki, bəzi məşhur enerji içkiləri iki fincan qəhvədən daha çox kofein ehtiva edir. Həddindən artıq istifadənin yuxu problemlərinə, başağrılarına, ürək ritminin pozulmasına və nadir hallarda qıcolmalara səbəb ola biləcəyi qeyd olunur. Həmçinin enerji içkilərinin şəkərli versiyalarının dişlərə zərər verdiyi və piylənməyə səbəb olduğu bildirilir.

Səhiyyə və sosial qulluq naziri Ves Stritinq açıqlamasında bu addımın valideynlərin, müəllimlərin və uşaqların çağırışları əsasında atıldığını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930