Gürcüstanın Rustavi şəhərində ödənişsiz dil kursları fəaliyyətə başlayır
Gürcüstanın Rustavi şəhərindəki "Rustavi Təhsil və Mədəniyyət Mərkəzi"ndə yeni tədris ilində ödənişsiz dil kursları fəaliyyət göstərəcək.
Mərkəzdə kurslara yeni yazılan şagirdlərin valideynləri ilə məlumatlandırıcı görüş keçirilib.
Görüşdə mərkəzin rəhbəri Raida Dərziyeva valideynlərə fəaliyyətləri haqqında ətraflı məlumat verib, yeni tədris ili ilə bağlı planları paylaşıb.
Daha sonra mərkəzin müəllimləri və fəal üzvləri çıxış edərək bu layihənin əhəmiyyətindən bəhs edib, göstərilən dəstəyə görə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu ildən Gürcüstanın ali təhsil müəssisələrində gürcü dilinin tədrisi məcburi olacaq.