azturkxeber.az
http://azturkxeber.az

Fransada gənclərin dörddəbirinin psixoloji cəhətdən gərgin olduğu üzə çıxıb – ARAŞDIRMA

03-09-2025

Fransada gənclərin dörddəbirinin psixoloji cəhətdən gərgin olduğu üzə çıxıb – ARAŞDIRMA

Fransada yaşı 15-dən 30-dək olan şəxslərin təxminən 25 faizi depressiyadan əziyyət çəkirlər.

Bu, ölkədə fəaliyyət göstərən bir sıra institutların birgə apardığı araşdırma nəticəsində məlum olub.

Araşdırma 5 min 600-dən çox şəxs arasında aparılıb. Aydın olub ki, Fransada qadınlar kişilərlə müqayisədə daha çox psixoloji gərginlik yaşayırlar. Belə ki, araşdırmaya cəlb edilən qadınların 27, kişilərin isə 22 faizi depressiyada olduğunu bildirib.

Araşdırmaya əsasən, ailə, yaşayış şəraiti, təhsil, əmək bazarındakı çətinliklər, rəqəmsal asılılıq və digər bu kimi amillər insanların psixi sağlamlığını mənfi təsir altına salır.

Mütəxəssislər mövcud psixi dəstək xidmətlərinin tələbatı ödəmədiyini bildiriblər və bu sahədə daha genişmiqyaslı milli strategiyaya ehtiyac olduğunu diqqətə çatdırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930