azturkxeber.az
http://azturkxeber.az

“Ferrari”nin baş mühəndisi komandadan ayrılıb

03-09-2025

“Ferrari”nin baş mühəndisi komandadan ayrılıb

“Ferrari”nin baş yarış mühəndisi Cok Klia komandadan ayrılıb. Bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

“Ferrari” hələ ki, Klianın gedişini rəsmən elan etməyib. Buna görə də hələlik onun baş yarış mühəndisi kimi vəzifələrini kimin icra edəcəyi və 61 yaşlı britaniyalının gələcəkdə hansı işlə məşğul olacağı məlum deyil. Bununla belə, qəzet yazır ki, Klianın da cavabdeh olduğu “Ferrari”nin Yarış Akademiyasına artıq tamamilə Mark Jene baxacaq.

Cok Klia 2015-ci ildə “Ferrari”yə qoşulub. O, “Formula 1” karyerası ərzində “Benetton”, “Williams”, “Honda”, “Brawn GP” və “Mercedes” komandalarında çalışıb, bu müddətdə dünya çempionları Jak Vilnöv, Censon Batton, Mixael Şumaxer, Niko Rosberq və Lüis Hemiltonla əməkdaşlıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930