COP29: Əddis-Əbəbədə Bakı Maliyyə Məqsədinin icrasının sürətləndirilməsinə çağırış edilib
COP29 Sədrliyinin nümayəndəsi Elçin Allahverdiyev Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilən Birləşmiş Ərəb Əmirliklərinin Ədalətli Keçid İş Proqramı çərçivəsində Dördüncü Dialoqun açılışında çıxış edib.
COP29-un “X” sosial şəbəkəsində rəsmi səhifəsinə istinadla xəbər verir ki, tədbirdə çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ədalətli keçid prosesləri hər bir ölkənin inkişaf yollarını və prioritetlərini əks etdirən unikal sosial, iqtisadi və milli şəraitinə uyğun şəkildə həyata keçirilməlidir.
E.Allahverdiyev ədalətlilik və inklüzivliyi təmin etmək üçün maliyyə, texnologiya və potensialın artırılması kimi əsas icra vasitələrinin təqdim edilməsinin vacibliyini xüsusi qeyd edib.
Bu kontekstdə o, COP29-da qəbul edilmiş Bakı Maliyyə Məqsədi ilə bağlı tarixi qərarların gecikmədən icra olunmasının, ədalətli və bərabər keçidlər üçün zəruri şəraitin yaradılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.