azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Fələstin parlamentləri arasında birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

03-09-2025

Azərbaycan və Fələstin parlamentləri arasında birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Görüşdə, həmçinin parlamentlərarası münasibətlər, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunverici orqanlarımız xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930