azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

03-09-2025

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.

Görüşdə AİB-nin 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir.

Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla aparıldığını bildirib. Həmçinin, “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı, tullantı sularının idarə olunması və yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin dəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-nin dəstəyini qeyd edib.

Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930