azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi yüksək qiymətləndirilib

03-09-2025

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi yüksək qiymətləndirilib

Sentyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında 32 il öncə diplomatik münasibətlərin yaradılmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdırıldığını, hazırda isə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi yüksək qiymətləndirilərək, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulanıb.

Milli Məclisin sədri İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

Görüşdə Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb, səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu bildirən İordaniyanın ölkəmizdəki səfiri Ömər Bərəkət əl-Nahar görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb. Səfir ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı üçün bundan sonra da səylə çalışacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930