azturkxeber.az
http://azturkxeber.az

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradılıb

02-09-2025

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradılıb

Çinli alimlər insan bədəninin istiliyini elektrik enerjisinə çevirməyə qadir elastik material hazırlayıblar. Bu yenilik gələcəkdə öz-özünə enerji yığan “ağıllı” geyimlərin və geyiləbilən qurğuların istehsalına imkan verəcək.

Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

“Dünyada ilk dəfə “termoelektrik rezin” konsepsiyasını irəli sürən bizik”, – deyə tədqiqat qrupunun rəhbəri, Pekin Universitetinin materialşünası Ley Tin bildirib. Əsas yenilik yarımkeçirici polimerlərin elastik rezinlə hibrid strukturu vasitəsilə birləşdirilməsidir. Material ilkin uzunluğunun 850 faizindən çox dartıla bilir, bununla belə yüksək elektrik keçiriciliyi və ənənəvi qeyri-üzvi materiallarla müqayisə oluna biləcək termoelektrik xüsusiyyətlərini saxlayır.

Qəzet yazır ki, ixtira geyiləbilən qurğular üçün tez-tez enerji doldurma problemini həll edə bilər. Alimlər materialı elə geyimlərə tətbiq etməyi planlaşdırırlar ki, bu geyim həm cibdəki telefonu enerji ilə təmin etsin, həm də bədənin temperaturunu tənzimləsin. Digər potensial tətbiq sahələrinə isə xarici batareyalara ehtiyac duymayan tibbi sensorlar daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930