Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb
Avqustun 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 6 tüfəng, 17 patron darağı və müxtəlif çaplı 1335 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.