azturkxeber.az
http://azturkxeber.az

Nizami rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar

01-09-2025

Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək “VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Hüseynov və 23 yaşlı V.Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930