DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.
Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Balakəndə xüsusi əməliyyat: dağda narkotik becərən silahlı dəstə ifşa olunaraq həbs edilib
Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB