2025-ci ilin I yarısında elmlər doktoru elmi dərəcəsi alanların statistikası açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) müxtəlif elm sahələri üzrə elmlər doktoru elmi dərəcələri verilib.
AAK-dan bildirilib ki, 18 elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış iddiaçılara müvafiq diplomlar təqdim olunub.
Riyaziyyat və astronomiya elmləri üzrə 2, fizika üzrə 4, kimya üzrə 2, biologiya üzrə 4, aqrar elmlər üzrə 1, yer elmləri üzrə 1, texnika elmləri üzrə 7, iqtisad elmləri üzrə 7, tarix üzrə 5, fəlsəfə üzrə 2, filologiya üzrə 8, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sosiologiya üzrə 1, sənətşünaslıq üzrə 1, politologiya üzrə 1, nəşriyyat işi üzrə 1, milli təhlükəsizlik və hərb elmləri üzrə 1 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilib.
Bununla yanaşı, riyaziyyat və astronomiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika elmləri üzrə 3, iqtisad elmləri üzrə 3, tarix üzrə 2, filologiya üzrə 3, pedaqogika üzrə 1, psixologiya üzrə 1, sosiologiya üzrə 1 və nəşriyyat işi üzrə 1 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.