2025-ci ilin I yarısında professor elmi adı alanların statistikası açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin I yarısında müxtəlif elm sahələri üzrə professor elmi adı alanların statistikasını açıqlayıb.
AAK-dan bildirilib ki, 13 elm sahəsi üzrə professor elmi adı almış iddiaçılara müvafiq attestatlar təqdim olunub.
Riyaziyyat üzrə 2, fizika üzrə 2, kimya üzrə 1, biologiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika elmləri üzrə 4, tibb elmləri üzrə 6, iqtisad elmləri üzrə 6, coğrafiya üzrə 1, tarix üzrə 2, filologiya elmləri üzrə 2, psixologiya üzrə 1, sosiologiya üzrə isə 1 iddiaçıya professor elmi adı verilib.
Bununla yanaşı, riyaziyyat üzrə 1, fizika üzrə 1, biologiya üzrə 1, tarix üzrə 1, fəlsəfə üzrə 1 və milli təhlükəsizlik və hərbi elmlər üzrə 1 nəfərə professor elmi adının verilməsindən imtina edilib.