azturkxeber.az
http://azturkxeber.az

Yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib

16-08-2025

7 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib.

Onlardan 5 mini təkərli oturacaq (o cümlədən 45-ü mühərrikli təkərli oturacaq), 1,5 mini aşağı və yuxarı ətraf protezi, 3,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 6,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 344 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 7 ayında əlilliyi olan 9,5 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031