azturkxeber.az
http://azturkxeber.az

Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib

14-10-2025

Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 5 min 900-ü təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4 min 900-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 8 min 100 cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 9 ayında əlilliyi olan 11 min 200 şəxs reabilitasiya vasitələri ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031