Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 153 mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, habelə 2 mini eşitmə aparatı, 2,3 mini qoltuqaltı və dirsəkaltı ağac, 149-u korset olub.
Həmin şəxslərə 2,9 min cüt protez ayaqqabı, 5,4 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.
Bu ilin 10 ayı ərzində ümumilikdə 10,3 min əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bu ilin on ayında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib
Yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib
Yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib