“Qərbi Azərbaycan İrsi” kitabının Nərimanov rayonunda təqdimat mərasimi keçirildi
24 İyul 2025-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi" - Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar adlı fundamental nəşrin I cildinin təqdimat mərasimində Milli Məclisin deputatı Günay Ağamalı iştirak edib.
Bu cür nəşrlər bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi irsinə sahib çıxır, dağıdılmış abidələrinin, məhv edilmiş qəbiristanlıqlarının izini itirmir və beynəlxalq aləmdə haqq səsini ucaldır.