“Qərbi Azərbaycan İrsi” kitabının Binəqədi rayonunda təqdimat mərasimi keçirildi
23 İyul 2025-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi" - Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar adlı fundamental nəşrin I cildinin təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin ofisinin açılışında olublar.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ümummilli Liderin
abidəsini ziyarət ediblər. Həmçinin Qərbi Azərbaycan irsinə həsr olunmuş foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək kitabın tarixi və hüquqi əhəmiyyətini xüsusi vurğulayıblar.
Bu cür nəşrlər bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi irsinə sahib çıxır, dağıdılmış abidələrinin, məhv edilmiş qəbiristanlıqlarının izini itirmir və beynəlxalq aləmdə haqq səsini ucaldır.