azturkxeber.az
http://azturkxeber.az

Şəkidə hərəkətdə olan avtomobilin sürücüsü ürəktutmadan vəfat edib

05-07-2025

Şəkidə hərəkətdə olan avtomobilin sürücüsü ürəktutmadan vəfat edib

Gecə saatlarında Şəki rayonu ərazisində avtomobil çökəkliyə düşüb, sürücü vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan VAZ-2121 (Niva) markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə 70 yaşlı sürücü Akif Əliyev hadisə yerində keçinib. İlkin ehtimala görə qəzaya səbəb sürücünün hərəkət zamanı ürəktutması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031