azturkxeber.az
http://azturkxeber.az

Şəkidə sürücü sükan arxasında ürəktutmadan vəfat edib

14-07-2025

Şəkidə sürücü sükan arxasında ürəktutmadan vəfat edib

Şəkinin Çeşməli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, qardaşlardan biri ölüb, digəri xəstəxanadadır.

Balakən rayon sakini 73 yaşlı Yusif Muradovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı əraziyə yuvarlanıb. Hadisə zamanı sürücü Yusif Muradov dünyasını dəyişib. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təhvil verilib.

İlkin müayinə zamanı Yusif Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.

Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031