azturkxeber.az
http://azturkxeber.az

"YAŞAT" düşərgəsinin 2-ci həftəsi başlayıb

24-06-2025

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsinə start verilib.

Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və uşaqların sualları cavablandırılıb.

Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar Lənkəran təbiətinin özünəməxsus və füsnkar mənzərəsi ilə tanış olublar.

Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışlarında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər.

Həftə çərçivəsində düşərgə iştirakçıları Melisa Həsənzadənin və Nahidə Cəfərlinin doğum günləri də qeyd olunub.

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Bilim Bakı” Mərkəzi,

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə;

Media dəstəyi: ASAN Radio/TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30