azturkxeber.az
http://azturkxeber.az

“Gənc istedadlar” liseyinin şagirdləri respublika fənn olimpiadalarında 7 medal qazanıblar

24-06-2025

İyunun 24-də respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı Dövlət Universitetindən bildirilib ki, bu universitetin nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi də mükafatlandırılanlar arasında olub. Liseyin şagirdləri bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. Liseyin VIII sinif şagirdləri Alikamal Həsən riyaziyyat fənni üzrə qızıl, Fidan Həşimova kimya, Sulduz Hacıyev riyaziyyat, X sinif şagirdləri Emilya Ağayeva Azərbaycan dili və ədəbiyyat, Yusif İbrahimzadə fizika, Elman Kərimli və Cabir Abbasov kimya fənləri üzrə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, “Gənc istedadlar” liseyi bu il respublika fənn olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30