azturkxeber.az
http://azturkxeber.az

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

19-06-2025

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

Cari ilin yanvar-may aylarında muxtar respublikada 209 milyon 445 min 400 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 3,6 faiz çoxdur. Sənaye məhsulunun 173 milyon 95 min 700 manatı və ya 82,6 faizi malların, 36 milyon 349 min 700 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 78,4 faizi emal, 19,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30