azturkxeber.az
http://azturkxeber.az

4-cü “YAŞAT” düşərgəsi davam edir

19-06-2025

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsi davam edir.

Düşərgəsinin birinci həftəsində əyləncə saatı və stolüstü oyunlar, səhər idmanı, futbol və voleybol yarışları təşkil olunub. Həmçinin “Bakcell” şirkəti tərəfindən iştirakçılar üçün innovasiya və texnologiya mövzusunda təlim proqramı reallaşdırılıb.

Uşaqlar “Faceart” tədbirində və hovuz saatında xoş, əyləncəli vaxt keçiriblər.

Düşərgə iştirakçıları “ABAD” tərəfindən keçirilən dulusçuluq və gips ustad dərsində yeni bilik və bacarıqlar əldə ediblər.

“Ağız boşluğu gigiyenası” mövzusunda "Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində keçirilən təlim də uşaqların marağına səbəb olub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Şeron qrupu müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, "Zubocistka.az";

Media dəstəyi: ASAN Radio/TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30