azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” düşərgəsinin 5-ci həftəsi başa çatıb

18-07-2025

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group”un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsi yekunlaşıb.

Boulinq və “Ford Boyard” oyunlarında həmçinin hovuz saatında uşaqlar xoş vaxt keçiriblər.

Fonddan bildirilib ki, yazıçı Rövşən Abdullaoğlu və uzman doktor Altay Abdullaoğlu ilə görüşlərdə iştirakçılara müxtəlif sahələrdə yeni məlumatlar verilib, onların sualları cavablandırılıb.

Düşərgə çəçivəsində “GİLTEX” MMC və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası tərəfindən hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş çərçivəsində “Fazzi:Oyanış” kitabı ilə bağlı aktiv müzakirələr aparılıb.

“İnnoBala” Yaradıcı İnkişaf Mərkəzi tərəfindən eko-çanta ustad dərsi və təbiət elminə aid təcrübələr də təşkil edilib.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında gənc estrada ulduzları Ayaz Babayev və Hiss müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.

Düşərgə iştirakçısı Nurlan Həmidlinin doğum günü qeyd olunub.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə də uşaqlara hədiyyələr verilib.

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, Milla, AFRA;

Media dəstəyi: ASAN Radio/TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031