azturkxeber.az
http://azturkxeber.az

Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb

12-06-2025

Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb

Bu il görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 ili tamam olur. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarın zəngin irsindən bəhs edən materiallar hazırlanıb.

Bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan dəzgah boyakarlığının banisi – İrəvani” adlı videomaterial və elektron resurslar bazası istifadəçilərə təqdim edilir. Videomaterialda görkəmli rəssamın gənclik illəri, yaradıcılıq nümunələri haqqında geniş məlumat verilir, onun Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyduğu, yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə yaşatdığı qeyd edilir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/mirze-qedim-irevani-200 yerləşdirilən materialda rəssamın trafaret və divar rəsmləri ilə yanaşı, bir sıra hökmdarların rəsmlərini çəkməsi, Xan sarayında yer alan portretlərin və ornamental kompozisiyaların bərpası ilə də məşğul olduğu haqqında məlumat verilir. Materialda Qərbi Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin qiymətli mədəni irsinin nümunələri-çəkdiyi rəsmlər də sərgilənir.

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasının rəsmi saytında https://www.ryl.az/activity/Mirze_Gedim_Irevani “Mirzə Qədim İrəvani - 200” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli rəssam haqqında dərc edilən materiallar toplanılır. Bu materiallarda istifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30